16.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Xıdırlı kənd tam orta məktəbi istifadəyə verildi - FOTOLAR

15 sen 2025 17:01
GÜNDƏM
ads
Advertisement

Sentyabrın 15-də elm və təhsil naziri Emin Əmrullayev Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində olub.

Nazirlikdən Qutb.az-a bildirilib ki, işğaldan azad edildikdən sonra bu il ilk dəfə tədris prosesinə başlayan məktəbdə nazir dərsin gedişatını izləyib, şagird və müəllim heyəti ilə görüşərək onlarla söhbət aparıb.

Görüş zamanı Emin Əmrullayev şagirdləri yeni dərs ilində uğurlar əldə etməyə, müəllimləri isə gənc nəslin bilik və bacarıqlarının inkişafına töhfə verməyə səsləyib. Nazir, həmçinin işğaldan azad edilmiş bölgələrdə təhsil infrastrukturunun yenidən qurulmasının önəmini vurğulayıb.

Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən qoyulub. Xıdırlı kənd tam orta məktəbində 2025-2026-cı tədris ilində 123 şagird təhsil alacaq. Onlardan 11 nəfəri birinci sinif şagirdidir. 9 uşaq isə məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur