30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Şəhərdə nə qədər adam var, amma yalnızlığında boğulub...

01 apr 2024 12:31
MƏDƏNİYYƏT
Özəl xəbər
ads
Advertisement

"Bu Şəhərdə Kimsə yoxdur" serialı Rövşən Abdullaoğlunun "Bu Şəhərdə Kimsə Yoxdur" psixoloji romanının motivləri əsasında çəkilir. Serialın ssenari müəllifi Rövşən Abdulloğu, Quruluşçu rejissoru Rüfət Şahbazov, Baş prodüseri Amiran Babayevdir. Serialın musiqisini Rafael Şabanov səsləndirib. Serial həftənin cümə günləri 23:15-də "Xəzər" TV-də yayımlanır. 


3-cü bölüm...

Şahin: "Mən əvvəlki variant seçirəm, susmağı".


Şahin heç bir şəkildə cinayəti törətdiyini etiraf etmirdi. Dəlilləri də qəbul etmirdi. Bəlkə də, onu yalnızlıq və qaranlıq qorxudurdu. Ona görə də susurdu. "Bu şəhərdə kimsə yoxdur" romanında da qeyd olunduğu kimi, "Həyat üçün sənin kimliyin, nə düşündüyün, nə istədiyin, nəyə qadir olduğun, "yaxşı insan" olduğun qətiyyən önəmli deyil. O sənin nə etdiyinə baxır". 

Elvinin atası: "Mən həmişə sənin yanındayam". 


Elvin artıq idmana başlamışdı. Özünü yalnız hiss etdiyi zamanda ona ən çox dəstək olan insan atası idi. Atası onun neqativ emosiyalara qərq olmağını hiss edirdi, buna görə də daima ona sevgi göstərməyə çalışırdı. Ona bildirirdi ki, mən həmişə sənin yanındayam, amma mübarizə aparmaq lazımdır. Romanda da qeyd olunğu kimi, "Həmişə çıxış yolu var, ən çıxılmaz yerlərdən belə". 

Elvinin psixoloji testinin nəticələri:


Valideynlərinlə vaxt keçirməkdən zövq alıram sualını boş buraxıb. Zahiri görünüşüm çox pisdir, qənaətindədir. Ən sevmədiyim iş sualına səhər oyanıb məktəbə getmək kimi cavab verib. Səndən ən çox zəhlən gedən adam sualına özüm cavabını verib. Tənhalığa meylin var sualına, bəli, deyə cavablandırıb. Səbəb olaraq da belə izah edib ki, başqalarına onunla ünsiyyət qurmaq maraqsızdır, çünki o darıxdırıcıdır. Hiss edirəm ki, insanlar məni anlamırlar sualına tez-tez cavabını verib. Ən çox nə haqda düşünürsən sualına, insanlar məndən nə gözləyirlər, barəmdə nə düşünürlər. Yad insanların olduğu otağa girəndə özümü gərgin hiss edirəm. Mənə elə gəlir ki, insanlar mənim haqqımda çox danışırlar, mənə elə gəlir ki, başıma tezliklə bəla gələcək. Pis vəziyyəti heç vaxt dəyişmək olmaz. Hadisələrə təsir eləmək bizim əlimizdə deyil.


 Günel Ayxan 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
8 ay əvvəl
@Şəmsiyyə
Çox təsirlidi
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur