Türkiyə Cənubi Afrikanın İsrailə qarşı iddiasına qoşulmaq üçün avqustun 7-də Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
“İsraillə bağlı hazırladığımız dosyeni prosesdə iştirak etmək imkanı əldə etmək üçün çərşənbə günü Beynəlxalq Ədalət Məhkəməsinə göndərəcəyik”, - XİN rəhbəri qeyd edib.