31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Kart üzərinizdə olmadan da “Unibank” bankomatlarından pul yükləyə bilərsiniz

28 fev 2024 12:00
GÜNDƏM
ads

“Unibank” öz kart müştəriləri üçün daha bir yenilik edib. İndi kart sahibləri kartı bankomata daxil etmədən də, balansa pul yükləyə bilərlər. Bunun üçün sadəcə UTM-də uyğun seçimi edib, kartın on altı rəqəmini qeyd edərək, pulu toplu şəkildə çox rahatlıqla karta yükləyə bilərsiniz. 16 rəqəmin köməyi ilə UTM-lərdən bütün “Unibank” kartlarına (debet, biznes və Leobank) mədaxil etmək mümkündür.

Hələ də “Unibank” kartınız yoxdursa, sizə yaxın “Unibank” filialına yaxınlaşaraq, kartı yerindəcə, dərhal və pulsuz əldə edə bilərsiniz. Çoxvalyutalı debet kartını və AZN valyutalı kredit xəttini birləşdirən “UCard”, hər parametri ilə müştərinin tələbatına və rahatlığına uyğunlaşdırılan kart məhsuludur.

“UCard” özündə müştərinin arzuladığı üstünlükləri birləşdirib:

- Pulsuzdur - hər kəs ala bilər;

- Kartın müddəti -5 illik;

- 40 günədək faizsiz kredit xətti;

-15 min AZN-dək güzəşt müddətli kredit xətti və 40 min AZN-dək nağd kredit imkanı;

- Kart qalığına illik 6 faizədək gəlir;

- müxtəlif seçimli keşbek;

- Taksitli alış-veriş imkanı;

-“Unibank” ATM-lərində öz vəsaitini 0 faiz komissiya ilə nağdlaşdırma;

-UTM-lərdə “Unibank” kartına istənilən vaxt toplu şəkildə pul qoymaq və vəsaitin dərhal balansa oturması;

- Karta limitsiz pul mədaxili və məxaric imkanı;

- Ölkədaxili başqa bank kartlarına aylıq 2 min AZN-dək komissiyasız card to card əməliyyatları.

“UCard” – Sənin kartın!


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur