Fransada Ramazan ayı ərzində oruc tutan futbolçular barədə qərar verilib. Oyunçuların iftarı açmaları üçün matçlar zamanı fasilə verilməsinə icazə verilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
"RMC Sport"un xəbərinə görə, Fransada xeyli sayda oruc tutan futbolçunun olmasına baxmayaraq, belə qərarın verilməsi birmənalı qarşılanmayıb. Müsəlman futbolçuların bu vəziyyətdən narazı olduğu bildirilir.
Qeyd edək ki, yerli federasiya ötən il də eyni qərarı vermişdi.
Heybət