İtaliyalı mütəxəssis Roberto Mançini İtaliya millisinin baş məşqçi postunu tərk edərək Səudiyyə Ərəbistanı millisi ilə işləməkdən peşman olduğunu bildirib.
QÜTB.AZ xəbər verir ki, bununla bağlı “Fotball Italia” Mançinidən sitat gətirib:
“Bir daha bu qərarı verməzdim. Texniki səbəblərə görə, futbol səbəblərinə görə, çünki İtaliya millisinin baş məşqçisi olmaq ən yaxşı işdir. Xeyr, bir daha eyni seçimi etməzdim.
İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina ilə münasibətlərim pozulub? Bəlkə də bir-birimizi başa düşmədik. Əgər biz daha çox danışsaydıq, bəlkə də hər şey başqa cür olardı, amma mənim prezidentə qarşı heç bir iradım yoxdur.
Ölkənizi təmsil etmək əvəzinə pul dalınca qaçdım? Mənim həyat tarixim haqqımda hər şeyi deyir. Mənim haqqımda məlumatı olmayanlar geri qayıdıb hər şeyə yenidən baxa və sonra danışa bilərlər”.