Hazırda tıxac olan yolların SİYAHISI
“Solo gənclik” layihəsinə start verilir.
"İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə yeni “Solo gənclik” layihəsi həyata keçiriləcək.
QÜTB.AZ xəbər verir ki, layihə çərçivəsində ilk konsert 24 noyabr, saat 15:00-da Qara Qarayevin ev muzeyində bəstəkar, pianoçu Nigar Süleyman ilə baş tutacaq.
Nigar Süleyman Bülbül adına orta ixtisas musiqi məktəbində dirijorluq, bəstəkarlıq və nəzəriyyə ixtisasları üzrə təhsil alıb. Daha sonra Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasında bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirib. Bir çox yerli və beynəlxalq festival, müsabiqələrin iştirakçısıdır.
Tədbirdə Nigar Süleyman piano qarşısında sərgiləcəyi ustalığı və öz bəstələrindən ibarət seçmələri ilə musiqi sevərlərə klassik musiqi ovqatı bəxş edəcək. Onun incə və təsirli ifası, zövqlü bəstə lənmiş melodiyalar, tamaşaçılara unikal hisslər ötürəcək.
Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafına töhfə vermək və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.