Xalq artisti Miri Yusifin xanımı, influenser Nərgiz Mirbabayeva özəl kadrlarını izləyiciləri ilə paylaşıb.
Publika.az xəbər verir ki, 14 Fevral Sevgililər günü ilə əlaqədar fotolarını paylaşan Nərgiz Mirbabayeva həm həyat yoldaşını, həm də izləyicilərini təbrik edib.
"Əslində bu fotosessiya 2022-ci ildə çəkilib. Amma mən onu çox sevirəm və istədim ki, səhifəmdə də olsun. Həm də özəl günü nəzərə alaraq paylaşmaq istədim.
Sevib-seviləcəyimiz gözəl günlər olmaq diləyi ilə. Hər zaman dediyim, inandığım kimi, dünyanı sevgi xilas edəcək və gözəlləşdirəcək", - ulduzun həyat yoldaşı vurğulayıb.