UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Linkoln” (Cəbəllütariq) - "Qarabağ" matçı üçün hakim təyinatı açıqlanıb.
Publika.az xəbər verir ki, görüş Macarıstan Futbol Federasiyasından olan hakimlər briqadasına həvalə edilib. Oyunu İstvan Vad idarə edəcək. Vencel Tot və İştvan Albert köməkçi hakimlər, Bence Şonka isə dördüncü hakim olacaq.
Qeyd edək ki, iyulun 23-də Cəbəllütariqdəki “Europa Point Stadium” keçiriləcək "Linkoln" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Heybət