PSJ-nin və Fransa millisinin vingeri Usman Dembele Avro-2024 öncəsi keçirdiyi mətbuat konfransında prezident Emmanuel Makron tərəfindən Milli Assambleyanın buraxılmasına münasibət bildirib.
Publika.az xəbər verir ki, Dembele həmvətənlərini kütləvi şəkildə seçkiyə getməyə çağırıb.
“Həyəcan zəngi çalındı. Məlum oldu ki, hər ikinci fransız səs vermir. Düşünürəm ki, hər kəsi səfərbər edib səs verməliyik.
Qanunvericilik seçkiləri yaxınlaşır, Fransa Futbol Federasiyası bir şey etməyi planlaşdırır ki, biz etibarnamə ilə səs verə bilək”, – Dembele deyib.