Petropavlovsk-Kamçatskidə 60 yaşlı qadın 90 yaşlı anasını çəkiclə döyərək intihar edib.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Kamçatka üzrə İstintaq İdarəsindən məlumat verilib.
Cinayət bu gün Akademik Korolev küçəsindəki mənzildə törədilib. Qadın anasına çəkiclə azı üç zərbə endirib. Qadın hadisə yerində ölüb. Bundan sonra hadisəni törədən qadın öz həyatına da son qoyub.
Faktla bağlı "Qətl" maddəsi ilə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Milli.Az