Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) 7 vilayətdəki rəhbərini vəzifədən azad edib.
Publika.az xəbər verir ki, Ərdoğan onların yerinə yeni isimlər təyin edib.
Qərar AK Partiya Mərkəzi İdarə Heyətinin yığıncağında qəbul edilib.
Dəyişilik bu ərazilərə tətbiq olunur: Zonquldak, Kastamonu, Osmaniyə, Adıyaman, Qaziantep, Ərzincan və Afyon.
Roza