ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib.
Publika.az xəbər verir ki, yanğınlara həddindən artıq isti hava şəraiti, quraqlıq və sürəti saatda 40 kilometrdən çox olan güclü küləklər səbəb olub.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, hazırda ən təhlükəli vəziyyət ştatın administrativ mərkəzi Sakramentodan 110 kilometr şimalda yerləşən Orovill şəhərindədir. Burada 500-dən çox yanğınsöndürən alovla mübarizə aparır.