Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev vəfat edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov sosial şəbəkədəki hesabında məlumat paylaşıb.
Qeyd edək ki, Rasim Abdullayev 1944-cü ildə Bakı şəhərində anadan olub.
1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solist olub.
2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Allah rəhmət etsin!