24.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Qərbi Azərbaycana qayıdış tələbi ədalətin təzahürüdür - Ərdoğanın müavini

22 may 2025 02:00
GÜNDƏM
ads
Advertisement

Qərbi Azərbaycana qayıdış tələbi hüququn və ədalətin təzahürüdür.

 

Qutb.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin deputatı, Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini Zafer Sırakaya Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfransın yekunlarını şərh edərkən səsləndirib.

 

O bildirib ki, azərbaycanlılar 20-ci əsr boyunca sistematik və planlı şəkildə öz tarixi yurdlarından qovulublar və bu proses bir neçə mərhələdə həyata keçirilib.

 

“Bu gün biz daha bəyan edirik ki, hər bir insan öz doğma yurduna qayıdmaq hüququna sahibdir. Bu, əsas beynəlxalq hüquq prinsiplərindən biridir və heç bir şəkildə inkar edilə bilməz”, - deyə AKP sədrinin müavini vurğulayıb.

 

44 günlük Vətən Müharibəsi nəticəsində Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad olunduğunu xatırladan Z.Sırakaya, “Bu gün biz çox sevincliyik. Çünki, qardaş Azərbaycan ədalətsizliyə son qoydu. Bu tarixi qələbə həm də Ulu Öndər Heydər Əliyev kursunun zəfəri idi. Bu şəxsiyyətin xatirəsini bir daha hörmətə yad edirik”, - deyə siyasətçi bildirib.

 

Siyasətçinin sözlərinə görə, Xocalı və digər bölgələrdə ermənilər tərəfindən törədilən cinayətlər bütün Türk dünyasının ürəyini sızladıb və unudulmayacaq.

 

İşğaldan azad olunmuş torpaqlara artıq minlərdə azərbaycanlın qayıtdığını qeyd edən AK Parti rəsmisi, bu prosesin Türkiyədə də böyük məmnuniyyətlə qarsalandığını vurğulayıb.

 

Deputat uzunmüddətli sülh baxımından tarixi fürsətin yarandığını da qeyd edib. “Məqsədimiz hər kəsin qarşılıqlı hörmət və sülh şəraitində yaşaya biləcəyi Cənubi Qafqaz inşa etməkdir. Azərbaycanın bu prosesin baş memarı olacağına inanırıq”, deyən partiya rəsmisi, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” sözlərini xatırladıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur