“Lans”in mərkəz müdafiəçisi Kevin Dansonun “Roma”ya keçidi son anda baş tutmayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Danso “Roma”da tibbi müayinədən keçə bilməyib. Həkimlər onun ürəyində problem olduğunu müəyyən ediblər.
Dansonun əvəzinə “Roma” “Yuventus”un müdafiəçisi Tiaqo Djalonu transfer etmək niyyətindədir. Söhbət 2024/2025 mövsümünün sonuna qədər icarədən gedir.