Kiyev “Arsenal”ının və Ukrayna gənclər yığmasının sabiq yarımmüdafiəçisi Yeqor Luqaçev bir vaxtlar narkotik və alkoqoldan istifadə etdiyini etiraf edib.
Publika.az xəbər verir ki, o, marixuanadan istifadə etməsi ilə bağlı bunları deyib:
"Tezliklə anladım ki, bu mənlik deyil. Ondan istifadə etdikdən sonra ancaq yemək istəyirdim. Evdə olan hər şeyi yeyə bilərdim".
O, ilk alkoqol təcrübəsindən də danışıb.
"İlk dəfə 15 saylı Uşaq İdman Məktəbində spirtli içki içdim. Yadımdadır, anamın ad günündə araq içmişdim, o zaman 13 yaşım var idi və ondan sonra iki gün ölü kimi yatdım”, - Luqaçov bildirib.