ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrailə bir neçə milyard dollarlıq bomba və qırıcı təyyarələrin tədarükünü təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Məlumata görə, administrasiya Qəzza zolağının cənubundakı Rəfah şəhərində quru əməliyyatı ilə bağlı narahatlıqlara baxmayaraq belə bir qərar qəbul edib.
Bildirilib ki, yeni silah paketinə 1,8 mindən çox MK84 bombası və 500 MK82 bombası daxildir. Bundan əlavə, ABŞ İsrailə dəyəri 2,5 milyard dollardan çox olan 25 ədəd “F-35” qırıcısının və onların mühərriklərinin verilməsini də təsdiq edib.