28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Üç qohumunu öldürən şəxsin məhkəməsi başladı

22 fev 2024 07:00
GÜNDƏM
ads

Abşeron rayonunda əmisi, əmisinin arvadı və əmisi qızını balta ilə öldürməkdə, bir nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Sərxan Həşimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Publika.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ona hüquq və vəzifələri izah olunub.

Məhkəmənin baxış iclası martın 7-ə təyin edilib.

Xatırladaq ki, ötən il iyulun 3-də 1974-cü il təvəllüdlü S.Həşimovun Abşeron rayonu, Digah qəsəbəsi, Q.Qarayev küçəsi ərazisində qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Həşimova və əmisi qızı Xəyalə Kərimovaya balta ilə çoxsaylı xəsarətlər yetirməklə onları xüsusi amansızlıqda qəsdən öldürməsi, daha sonra Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Ələsgər Hüseynova həmin balta ilə çoxsaylı xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında S.Həşimova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs bundan öncə 3 dəfə məhkumluq həyatı yaşayıb. 2 məhkumluğu ödənilib. 3-cü məhkumluğu isə C.M -nin 177.2.4-cü maddəsi ilə olub. Saxlanılan zaman üzərində məhkumluğu olub.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur