"Mən bu cahana sığmazam" serialı ilə tamaşaçıların qarşısına çıxan Oktay Kaynarca illər sonra "Kurtlar Vadisi" serialındakı həmkarları barədə danışıb.
Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktyor “Milliyet” qəzetinin əməkdaşı Əli Eyüboğlunun suallarını cavablandırıb. Əli Eyyuboğlu aktyordan Necati Şaşmaz, Özgü Namal və keçmiş sevgilisi Dəniz Çakırla münasibətlərinin necə olduğunu soruşub. Aktyor isə suallara belə cavab verib:
- Necati Şaşmaz?
- Mənim rol yoldaşım.
- Deniz Çakır?
- O, çox yaxşı aktrisadır, çox yaxşı insandır.
- Özgü Namal?
- O, dəlisovdur, lakin yaxşı qızdır.
Məlumat üçün bildirək ki, 59 yaşlı Oqtay Kaynarcanın "Kurtlar Vadisi"nin yeni layihəsində rol alacağı iddia olunsa da, o, bu xəbərlərin həqiqət olmadığını açıqlayıb.