Haitidə polislə toqquşmada 28 dəstə üzvü öldürülüb. Sosial şəbəkələrdə silahlı dəstələrin yenidən hücuma keçmək üçün geniş hazırlıq gördüyü bildirilir.
QÜTB.AZ xəbər verir ki, paytaxt Port-o-Prensin Nazon, Lalue, Çirst Roi və Bois Verna bölgələrində nəzarəti ələ keçirmək istəyən polislə dəstə üzvləri arasında qarşıdurma baş verib.
Saatlarla davam edən qarşıdurmada 28 dəstə üzvü həyatını itirib. Milli Polis sözçüsü Lionel Lazarre mətbuata verdiyi açıqlamada dəstə üzvlərinin bəzi əraziləri nəzarət altına almağa çalışdığını, lakin təhlükəsizlik qüvvələrinin buna imkan vermədiyini açıqlayıb.
Məktəblər, iş yerləri və ictimai binalar qarşıdurma səbəbindən boş qalıb, insanlar qorxudan evlərini tərk edə bilməyiblər.
Sosial şəbəkələrdəki bəzi paylaşımlarda silahlı dəstələrin yenidən hücuma keçmək üçün geniş hazırlıq gördüyü bildirilir.
BMT-nin Karib Ölkələri üzrə İnteqrasiya Ofisinin (BINUH) məlumatına görə, təkcə ötən iyul-sentyabr ayları arasında Haitidə zorakılıq və dəstələrə qarşı döyüşlər nəticəsində ən azı 1223 nəfər həyatını itirib, 522 nəfər isə yaralanıb.
Roza