Türkiyənin İstanbul şəhərində keçirilən Novruz şənliyində 75 nəfər saxlanılıb.
Publika.az ölkə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında PKK lideri Abdullah Öcalanın afişasını açan 3 nəfər və terror təşkilatının təbliğatını aparmaq ittihamı ilə axtarışda olan 2 nəfər var.
70 nəfər isə sözügedən ərazidə polisə müqavimət göstərdiyi və qanunsuz şüarlar səsləndirdiyi üçün saxlanılıb.