Ötən ilin noyabrında “İstanbul NS” klinikasında vəfat edən iş adamı, uzun illər “Natavan” trikotaj fabrikinin rəhbəri olmuş Böyükağa Şükürovun ölümü yenidən araşdırılacaq.
QÜTB.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi rayon prokurorunun B.Şükürovun ölüm faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını ləğv edib.
Məhkəmə toplanmış material üzrə araşdırmaların davam etdirilməsinə qərar verib.
Qeyd edək ki, Böyükağa Şükürovun qardaşı Qabil Şükürov onun ölümündə şübhəli məqamların olduğunu iddia etmişdi. O, toplanmış materialların Nərimanov Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə verilməsi ilə bağlı müraciət edib.