29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İsrailli generallar yanlışlıqla vurdular: ölkəni qarışdıran xəta

11 mar 2024 12:00
GÜNDƏM
ads
Advertisement

İsrail ordusu briqada generalı Barak Hiramın Qəzzadakı Əl-İsra Universitetini rəhbərlərinin icazəsi olmadan partlatdığını açıqlayıb.

Publika.az xəbər verir ki, İsrail ordusunun cənub regional komandanı general-mayor Yaron Finkelmanın hadisəni hərtərəfli araşdırdığı və nəticələri İsrail Baş Qərargah rəisi Herzi Haleviyə təqdim etdiyi qeyd edilib.

HƏMAS-ın universitet binası və ətrafını İsrail qüvvələrinə qarşı istifadə etdiyi iddia edilən açıqlamada, binanın dağıdılmasının lazımi icazələr alınmadan həyata keçirildiyi müəyyən edilib.

"Times of Israel" qəzeti oktyabrın 7-də Hiramın Beeri qəsəbəsindəki bir evə tank hücumu əmri verdiyini və bunun nəticəsində bəzi israilli əsirlərin həyatını itirmiş ola biləcəyini yazıb.

İsrail qüvvələri Qəzza zolağının şimalında yerləşən Əl-İsra Universitetindən hərbi qərargah kimi istifadə edib və yanvarın 18-də binanı partladıblar.

Qeyd edək ki, Qəzzada hökumətin mətbuat xidmətinin verdiyi açıqlamada İsrail qüvvələrinin 3 min evi partlatdığı bildirilib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur