28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

"Biz Rusiyanın qulu idik, Belarus isə..."

26 fev 2024 11:00
GÜNDƏM
ads

“Lukaşenko çox şey dedi. Onun əsas çıxışı budur ki, Ermənistan hara qaçmalıdır? O ölkə təhkim statusunda yaşayır, biz təhkim statusunda yaşamaq istəmirik. Biz müstəqil ölkə olmaq istəyirik. Ki, kiminlə istəsək görüşək, hərbi-texniki müqavilələr bağlayaq”.

Publika.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan deyib.

“Bəli, biz Rusiyadan asılı idik. Biz Rusiyanın qulu idik, çünki Rusiya bizə hər şeyi diktə edirdi: bu ölkə ilə görüşmək, o ölkə ilə ünsiyyət qurmaq yox, bizdə nazir və ya prezident kim olursa olsun...”, - deyə hakim partiyanın üzvü bildirib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyanın İrəvanın KTMT-də iştirakı ilə bağlı bəyanatını şərh edib. O bildirib ki, “əgər Ermənistan KTMT-də olmaq istəmirsə, olmasın. Ermənistansız təşkilat dağılan deyil. Ancaq İrəvandakı siyasətçilər ayılmalıdılar ki, sahib olduqlarını da itirməsinlər”.

Lukaşenko ermənilərə tələsməməyi və qəfil addımlar atmamağı tövsiyə edib. O, Ermənistanın Fransa ilə təmaslarına da diqqət çəkib: “Onlar Fransada Makronla daim əlaqə saxlayırlar. Sonra bəyanatlar verildi. Fransa zenit müdafiə sistemləri, ordu və iqtisadiyyata kömək edəcək. Bir sözlə, Paris İrəvanı çiyninə alıb daşıyacaq. Heç kim heç kimi götürməyəcək”.

Murad


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur