Fransanın daxili işlər naziri Cerald Darmanin Yeni il ərəfəsində ölkədə baş verən iğtişaşların miqyasını açıqlayıb.
Publika.az xəbər verir ki, Yeni il ərəfəsində həbs olunanların sayı 380-ə yüksəlib, 750-yə yaxın avtomobil yandırılıb.
Qorxulu rəqəmlərə baxmayaraq, Daxili İşlər Nazirliyinin rəisi məmnundur. O qeyd edib ki, ötən illə müqayisədə 10 faiz az - 745 avtomobil yandırılıb.
Ölkə üzrə həbslərin sayı - 380 nəfər də ötən illə müqayisədə 10% azdır. Daha əvvəl bildirilmişdi ki, Yeni il ərəfəsində bütün Fransada 90 mindən çox polis və jandarm yerləşdiriləcək. Onlar terror təhlükəsinin maksimum səviyyəsi fonunda təhlükəsizliyi və asayişi təmin ediblər.
Tural