Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti beynəlxalq yoldaşlıq görüşünü keçirəcək.
Publika.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi yığma Qazaxıstanla qarşılaşacaq. Macarıstanda baş tutacaq matç milli üçün əlamətdardır. Belə ki, komanda tarixinin 300-cü matçına çıxacaq.
Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi Macarıstandakı ilk yoldaşlıq oyununda Albaniyaya 1:3 hesabı ilə uduzub.
Yoldaşlıq oyunu
11 iyun
18:00 Azərbaycan - Qazaxıstan
“Haladas SportKomplexum”, Sombatxey
Heybət