29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

2 milyona yaxın seçici səs verdi

01 sen 2024 16:00
GÜNDƏM
ads

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.

QÜTB.AZ xəbər verir ki, bunu MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.

Onun sözlərinə görə, indiyə qədər seçicilərin 29,49 faizi (1 893 555 nəfər) səsvermə hüququndan istifadə edib.

***

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, indiyədək 1 309 522 nəfər səs verib. Yəni seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib.

Hesabat vermiş məntəqələrin sayı 6478-dir.

***

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, indiyədək seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib. ResQutb.az üzrə 636 842 nəfər səs verib.

Hesabat vermiş məntəqələrin sayı 6478-dir.

Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur