Bakının Binəqədi qəsəbəsində 16 yaşlı qız itkin düşüb.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı qızın atası Z. A Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət edib.
Onun sözlərinə görə, qızı A. A martın 11-i saat 12:00 radələrində yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Müraciətlə bağlı araşdırma aparılır. (Qafqazinfo)