06.02.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Rusiyanın bu şəhəri də qorxuda: Döyürlər, videoya çəkirlər - Lider 17 yaşlı azərbaycanlıdır?

17 yan 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Rusiyanın Belqorod küçələrində bir qrup gənc yoldan keçənlərə hücum edərək baş verənləri lentə alıb.

Publika.az xəbər verir ki, regionun qubernatoru Vyaçeslav Qladkov rezonans doğuran vəziyyətə diqqət çəkib . Onun sözlərinə görə, hücum edənlərin şəxsiyyəti artıq müəyyən edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar qrupun 6 üzvündən 5-ni saxlayıb və hadisənin bütün hallarını aydınlaşdırırlar.

Saxlanılan şəxslərə qarşı etnik zəmində nifrət salma, xuliqanlıq və bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb. İş üzrə əməliyyat dəstəyi FSB və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

“Hesab edirəm ki, bu şəraitdə, xüsusən də indi yaşadığımız belə bir çətin vəziyyətdə bu cür qanunsuz hərəkətlərin qarşısını almaq üçün mümkün qədər tez və sərt reaksiya verməliyik”, - Qubernator bildirib.

Altı nəfərdən ibarət dəstə camaat içində insanları döyüb, təhqir edib və baş verənləri telefonlarına çəkib, daha sonra videoları sosial şəbəkələrdə yayıblar. Onun üzvlərindən dördü yeniyetmədir. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, qrup üzvlərindən üçü əvvəllər məhkəmə qarşısına çıxarılıb.

“Baza” öyrənib ki, MMA ilə məşğul olan 18 yaşlı tələbə Denis S. yoldan keçənlərə hücumlarda iştirak edib. O, 3-cü kurs tələbəsidir, müəllimlər onun davranışından, qiymətindən şikayət etmirlər. Gəncin yaxınları bildiriblər ki, bir neçə gündür ki, o, telefon zənglərinə cavab vermir və evdə görünmür.

“Mash” Telegram kanalının məlumatına görə, dəstənin lideri kimi 17 yaşlı azərbaycanlının şərti adı çəkilir. Onun mənzilində axtarış aparılıb.

Qeyd edək ki, daha əvvəl eyni motivli hadisə Sankt-Peterburqda baş vermişdi. Hamin hadisəni tərədən şəxslər özlərini “Azərbaycan mafiyası” kimi qələmə vermişdilər. Həmin şəxslər həbs olunublar.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
143 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur