Fransız fermerlər Brüsseldə Avropa Parlamentinin binasını mühasirəyə alıblar.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, onlara İtaliya, İspaniya və Portuqaliyadan olan fermerlər də qoşulublar.
Qeyd edilib ki, fermerlər qanunverici orqanın qarşısında polisə yumurta və daş atırlar, polis isə su şırnaqları ilə cavab verir.
Fermerlər öz məhsullarına və başqa ölkələrdən idxalına da eyni qaydaların tətbiq edilməsini, vergilərin aşağı salınmasını və subsidiyaların artırılmasını tələb edirlər.
Hüseyn İbadlı