“Rusiya Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına töhfə verəcək”.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumunun sessiyasında bildirib.
“Mən heç şübhə etmirəm ki, Suriya ilə Türkiyə arasında münasibətlər normallaşdırılmalıdır. Biz kömək etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə o qeyd edib.
Rusiyalı nazir qeyd edib ki, Dohada keçirilən görüşdə Astana formatının iştirakçıları Suriyanın suverenliyi və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyib və hökumətlə qanuni müxalifət arasında dialoqa çağırış ediblər. “Biz hərbi əməliyyatları dərhal dayandırmağa və hökumətlə qanuni müxalifət qüvvələri arasında dialoqa başlamağa çağırırıq”, - deyə Lavrov vurğulayıb.
Xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, Rusiya Federasiyası Suriyaya hərbi yardım göstərməkdə davam edir.