06.04.25 | Bakı 13.03° C |
19:46:27
Lent :

“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir” - Qüdrət Həsənquliyev

29 iyl 2024 18:00
GÜNDƏM
ads

“Türkiyə Ermənistanla sərhədlərin və kommunikasiya xətlərinin açılmasını Azərbaycanla sülh sazişinin bağlanması ilə şərtləndirməlidir”.

Publika.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibəsində bildirib.

O, "Qüdrət bəy, sabah Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqların növbəti raundunun keçiriləcəyi barədə məlumat yayılıb. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair həmin görüşdə razılaşma əldə oluna bilərmi?" - sualına belə cavab verib:

"Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasından sonra bağlayıb. Birinci Qarabağ savaşında Türkiyədən gözləntilərimiz daha çox idi, amma həmin dövrdə Türkiyə liderləri Qərbdən tam asılı olduqlarından bundan artığını edə bilmədilər, hətta dinc insanları Kəlbəcərdən evakuasiya etmək üçün iki mülki helikopter belə verə bilmədilər. Gücləri yalnız sərhədləri bağlamağa çatdı. 44 günlük Vətən müharibəsində isə daha müstəqil və daha güclü qardaş Türkiyə bizə müasir PUA-lar, silah-sursat satdı, üçüncü ölkələrin münaqişəyə qatılmasının qarşısını aldı, bizə siyasi və mənəvi dəstək oldu. Biz bunu yüksək qiymətləndiririrk.

Ermənistanın və onun Qərbdəki pozucu tərəfdarlarının günahı ucbatından Ermənistanla sülh sazişi imzalaya bilmirik. 4 kəndimiz, müəyyən sərhəd ərazilərimiz hələ də işğal altındadır. Ermənistan Naxçıvana maneəsiz gediş-gəlişi öz beynəlxalq öhdəliyinə zidd olaraq təmin etmir. Belə bir vəziyyətdə Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməli, Ermənistanla sərhədlərin və kommunikasiya xətlərinin açılmasını Azərbaycanla sülh sazişinin bağlanması ilə şərtləndirməlidir. Ümid edirəm belə də olacaq".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur