Hindistanın Andhra Pradeş ştatında əczaçılıq zavodunda partlayış baş verib.
QÜTB.AZ xəbər verir ki, hadisə nəticəsində ən azı 15 nəfərin öldüyü bildirilir.
Bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
“Partlayış bir gün əvvəl “Escientia Advanced Sciences” özəl istehsal müəssisəsinin ərazisində baş verib. 15 nəfər həlak olub, 40-a yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda partlayış yerində fövqəladə xidmətlər işləyir”, - deyə agentlik qeyd edib.
Tural