15.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Lavrovla Əraqçi arasında gərginlik: Hakan Fidan müdaxilə etdi

14 yan 2025 11:00
DÜNYA
ads
Advertisement

Dekabrın 7-də Qətərin paytaxtı Dohada keçirilən forum ilə bağlı diqqət çəkən hadisələr üzə çıxıb.

QÜTB.AZ xəbər verir ki, Türkiyə, Rusiya və İranın Suriyadakı son hadisələri dəyərləndirmək üçün bir araya gəldiyi görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında gərginlik yarandığı məlum olub.

Nazirlərin bir-birini vətənə xəyanətdə ittiham etdikləri görüşdə Lavrov Əraqçiyə “Bölgədə sizinlə İsrail arasında heç bir fərq yoxdur” deyib.

Baş verən gərginliyin Türkiyənin xarici işlər naziri Hakan Fidan və MİT rəhbəri İbrahim Kalın tərəfindən sakitləşdirildiyi qeyd edilib.

Daha sonra Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani də Suriya ilə bağlı diqqətçəkən açıqlamalar verib. Suriyada rejim dəyişikliyinin artıq qaçılmaz olduğuna diqqət çəkən Əl Tani "Artıq Əsəddən sonrakı dövr haqqında danışmalıyıq" deyib.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur