13.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Ölən şəxsin pensiyası ailəsinə tez verilə bilər? - AÇIQLAMA

13 sen 2025 21:00
GÜNDƏM
ads
Advertisement

Vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməlidir. bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli komitənin iclsında çıxış zamanı deyib.

O qeyd edib ki, bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləməli olur: "Bu çox uzun müddətdir. Hesab edirəm ki, sosial sığorta məbləğinin heç olmasa 30 faizi əvvəlcədən ödənilərsə, daha məqbul olar".

Məsələ ilə bağlı Qutb.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, şəxs dünyasını dəyişdikdən sonra onun pensiya kapitalının aqibəti ilə bağlı hazırkı vəziyyət heç də qənaətbəxş deyil.
 
“Sözügedən məsələdə hazırda ədalətsiz prinsip var. İnsanlar illər boyu ikili mühasibatlığın olmadığı yerdə işləyib, Pensiya Fonduna vəsait ödəyərək pensiya kapitalı formalaşdırır, amma o öldükdən sonra bunun heç bir faydası olmur. Bu pensiyanı nə onun ailəsi, nə də uşağı görə bilir. Bu hallar həddindən artıq çoxdur və pensiya sisteminə insanların güvənsizliyini yaradır”.

E. Əmirov bildirib ki, 2024-cü ildə pensiya fondunun gəlirlərinin formalaşmasında hətta dövlət büdcəsindən transfer edildi. 

“Vəfat edənin pensiya kapitalından onun ailəsinə vəsait ayrılmadığı halda belə, yenə də Fondun gəlirləri xərclərini ödəyə bilmir. Bunu dövlət büdcəsindən olan milyonlarla transfer də göstərir. Belə olan halda ölən şəxsin pensiya kapitalının 30 faizinin onun ailəsinə verilməsi ilə bağlı qərar qəbul ediləcəyini bir iqtisadçı olaraq gözləmirəm”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur