"ZƏFƏRİN İZİ İLƏ"
1988-ci ildən davam edən “Dağlıq Qarabağ savaşı„Azərbaycan Respublikasının qələbəsi ilə başa çatdı.Haqq yerini tapdı.
1980-ci ildən Ermənistanın genişmiqyaslı separatçılıq siyasəti nəticəsində Azərbaycan Respublikasının bəzi əraziləri hücuma və işğala məruz qalmışdır.Həmin bu dövrlər ərzində təəsüflər olsun ki 12 minə yaxın itki,50000 yaralı olub.Ard-arda Şuşa,Xocalı,Xankəndi,Ağdam,Ağdərə və digər şəhər,rayonların işğalı xalqın ümidini azaltsa da inamını heç vaxt qırmadı.
Və o inam..Təqribi 30 ildən sonra o küçücük inam özünü doğrultdu.2020-ci ilin sentyabr ayında Cənab Ali Baş Komandanlığın əmri və göstərişi ilə Azərbaycan ordusu əks hücumlara başladı.Bu səfər ard-arda işğal olunmuş torpaqlarımız indi düşmən tapdağından azad olurdular.Son 3 ildə Azərbaycan xalqı çox əlamətdar günlər yaşayır.Elə sonuncu şad xəbər də 15 oktyabr Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Bayrağını Xankəndidə,Xocalıda dalğalandırması ilə tarixi günə çevrildi.
Sözsüz…Torpaq uğrunda ölən varsa vətəndir! 1988-ci ildən bu günə 20000 şəhid verən,hər ayında nisgil kədər olan xalqımızın acı günlərini də unutmaq olmaz.