ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Amerikanın hazırkı lideri Co Bayden faşistlər tərəfindən idarə olunur.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Trampın fikrincə, Baydenə nəzarət edən faşistlər demokratiya üçün təhlükədir.
ABŞ-ın keçmiş prezidenti vurğulayıb ki, ABŞ cənub sərhədindəki vəziyyətə, eləcə də çoxlu sayda qeyri-qanuni miqrantlara görə üçüncü dünya ölkəsinə çevrilib.
Tramp Baydenin korrupsioner və qorxunc prezident olduğunu iddia edir
Hüseyn İbadı