Tanınmış şair Əbülfəz Ülvi vəfat edib.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, oktyabrın 15-də dünyasını dəyişib.
Qeyd edək ki, Ə.Ülvi Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident mükafatçısı olub.
O, həmçinin "YURD" jurnalının baş redaktor müavini vəzifəsində çalışırdı.
Milli.Az