Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçiriləcək prezident seçkilərində neçə namizədin irəli sürüləcəyinə tam aydınlıq gətirildiyini bildirib.
Publika.az xəbər verir ki, Rusiya MSK-nın rəhbəri Ella Pamfilovanın sözlərinə görə, seçki bülletenində dörd namizəd olacaq.
Namizədlər: LDPR partiyasının sədri Leonid Slutski, Rusiya Federasiyası Kommunist Partiyasının üzvü Nikolay Xaritonov, hazırkı prezident və özünün namizədliyini irəli sürmüş Vladimir Putin, həmçinin “Yeni Xalq” fraksiyasının üzvü Vladislav Davankovdur.
Bundan əlavə, o, fevralın 10-da namizədlərin qeydiyyat mərhələsinin tam başa çatacağına aydınlıq gətirib.