29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dermatoloqdan xəbərdarlıq: Yayda bunları etməyin!

05 iyl 2024 14:00
GÜNDƏM
ads

Amerikalı həkim-dermatoloq Lindsay Zubritsky yayda ən çox rast gəlinən pis vərdişləri açıqlayıb.

Publika.az xəbər verir ki, məşhur həkimin müsahibəsi “New York Post” qəzetində yayımlanıb.

Dermatoloq hovuz kənarına ayaqyalın getməməyi tövsiyə edib:

“İstər sauna, istərsə də üzgüçülük hovuzu olsun, hər hansı yaş ərazilər göbələk üçün çoxalma yeridir. Belə məkanlarda göbələk xəstəliyinə tutulma ehtimalı çox yüksəkdir”.

Həkimin sözlərinə görə, yayda tərkibində sitrus meyvələri olan kosmetikadan istifadə etməmək məsləhətdir. Çünki sitrus meyvələrinin günəşlə qarşılıqlı təsiri dərinin yanmasına və aylarla davam edə bilən hiperpiqmentasiyasına səbəb olur. Bundan əlavə, təraş zamanı ziyillərə toxunmamaq üçün onlara diqqət yetirmək vacibdir.

Dermotoloq yaş saçla yatmamağı israrla tövsiyə edib:

"Çünki seboreik dermatit kimi rahatsızlıqdan əziyyət çəkə bilərsiniz”.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur