Kaliforniyada orta məktəb və liseydə tətbiq olunacaq pilot proqram çərçivəsində hind dili seçmə fənn kimi tədris olunacaq.
Publika.az xəbər verir ki, Fremont Birləşmiş Məktəb Bölgəsi (FUSD) İdarə Heyəti 2024-2025-ci tədris ilində Horner Orta Məktəbi və İrvinqton Liseyinin kurrikuluma hind dilini daxil edəcək pilot proqrama başlamaq qərarına gəlib.
Fremont Kaliforniyada hindli amerikalıların ən sıx yaşadığı ərazilərdən biridir. Hindli amerikalılar Horner Orta Məktəbi və İrvinqton Liseyindəki tələbə əhalisinin 65 faizini təşkil edir. Bölgədə cəmi 29 ibtidai və beş orta məktəb var.
FUSD-nin məsələ ilə bağlı açıqlamasında dekabrın 13-də keçirilən iclasda məsələnin araşdırılmasına qərar verildiyi, 4-1 səs çoxluğu ilə qərarın qəbul edildiyi bildirilib. Şura 2024-2025 Kurs Kataloqunun bir hissəsi kimi Hind dilini "dünya dili" kimi təsdiqləyib.
Aysel Şahmar