“Real Madrid”in və “Sevilya”nın 38 yaşlı sabiq müdafiəçisi Serxio Ramosun Misirin “Zəmələk” klubuna keçidi baş tutumayıb.
QÜTB.AZ xəbər verir ki, ulduz futbolçu artıq müqavilə imzalamaq mərhələsində olsa da, sonda tərəflər müqavilənin məbləği ilə bağlı razılığa gəlməyiblər. Bu barədə “Marca” məlumat yayıb.
Klubun idarə heyətinin üzvü Hani Şukri izah edib ki, Misir klubu hələ ispaniyalının maliyyə tələblərini ödəyə bilmir və bu səbəbdən komanda danışıqlardan çəkilmək məcburiyyətində qalıb.
Serxio Ramos yeni klub axtarışlarını davam etdirir və futbolçu karyerasını bitirmək fikrində deyil. Onun son klubu İspaniyanın “Sevilya”sı olub.
Oxumağa davam et