29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Tramp Baydeni diri-diri “yedi" - ABŞ bu xəbərlərlə çalxalanır

29 iyn 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Amerikalıların 60 faizi hesab edir ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden seçkilərə hazır deyil və Demokratlar Partiyası onu daha uyğun namizədlə əvəz etməlidir.

Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Bildirilir ki, buna səbəb kimi Co Baydenin Donald Trampla debatda uğursuz çıxış etməsi göstərilir.

Respondentlərin 57%-i Trampın debatlarda daha uğurlu olduğunu düşünür. Demokrat seçicilərin 19%-i, müstəqil seçicilərin 60%-i və respublikaçıların 93%-i bu fikirdədir.

Qeyd edək ki, Tramp və Bayden arasında “sıfır” debat cümə günü gecə baş tutub. Media debatın nəticələrini hazırkı prezident üçün “fəlakətli” adlandırıb. Müşahidəçilər qeyd ediblər ki, Bayden və Tramp debatın əhəmiyyətli hissəsini bir-birini təhqir etməklə keçiriblər. ABŞ-ın vitse-prezidenti Kamala Harris mənfi təsiri azaltmaq üçün amerikalı seçiciləri “diqqətini Baydenin çıxışlarına deyil, gördüyü işlərə yönəltməyə” çağırıb.

CNN ABŞ prezidenti Co Baydenin administrasiyasının debatlardakı uğursuzluğundan "məhv edildiyini" və xarici diplomatların "şok" və "narahat olduqlarını" bildirib. Telekanal qeyd edir ki, bəzi diplomatlar Trampın Baydeni diri-diri “yediyini” deyib.

"New York Times" redaksiya heyəti Baydenlə əlaqə saxlayıb, onu prezidentlik yarışından geri çəkilməyə çağırıb və "Washington Post" dərhal 10 alternativ namizəd təklif edib.

Qeyd edək ki, Bayden-Tramp arasında ikinci debat sentyabrın 10-na planlaşdırılıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur