“İnter”in hücumçusu Lautaro Martineslə müqaviləni 2029-cu ilin yayına qədər uzadıb.
Publika.az xəbər verir ki, bu barədə “Sky Sports Italia” məlumat yayıb.
Mənbənin məlumatına görə, argentinalı futbolçu yeni müqaviləyə əsasən, əlavə ödənişlərlə birlikdə ildə 9 milyon avro qazanacaq. Sadəcə, tərəflər son detalları razılaşdırmalıdırlar.
Bundan əvvəl mətbuatda “İnter”in Lautaronun çox yüksək maaş istəməsindən narazı olduğu barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, bu mövsüm Lautaro bütün turnirlərdə 44 matçda iştirak edib, 27 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.