28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Nəzəriyyə yoxsa praktika?

24 okt 2023 17:47
KONVERGEN XƏBƏRLƏR
ads
Advertisement

Azərbaycan universitetlərində tələbələrə əksər hallarda nəzəri biliklər öyrədilir. Lakin bir sıra ixtisaslarda praktik biliklərin öyrədilməsi də böyük önəm daşıyır. Bu ixtisaslardan biri də jurnalistikadır. 


Qütb.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Səbinə İzzətli tədris etdiyi fənlər çərçivəsində praktik tapşırıqlara da yer verir. O bildirib ki, "Verilən tapşırıqlar tələbəyə əlavə gərginlik yaratmamalıdır. Tapşırığı sevərək etmələri üçün tələbələrə 1 deyil, 2-3 tapşırıq təklif edirəm, hansı tapşırığı edəcəklərini özləri seçirlər". 


S.İzzətli əlavə edib ki, xarici ölkələrdəki mobil jurnalistika laboratoriyaları yaradılarsa hər bir tələbə eyni səviyyədə cihazla təchiz edilər, beləliklə tapşırıqların hazırlanmasında çətinlik yaranmaz. 


Keçirdiyimiz sorğu zamanı məlum oldu ki, tələbələr praktik tapşırıqların verilməsini müsbət qarşılasalar da, texniki cəhətdən çətinlik çəkirlər. 


Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Tədris-teleradio studiyası fəaliyyət göstərir. Tələbələr praktik tapşırıqları hazırlayarkən bura üz tutur, videoçəkiliş, səsyazma, montaj proseslərini həyata keçirirlər.

Rafiq Yusifov,Azər Hüseynov,Nurcan İsmayılova

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur