İrəvan Avropa Parlamentinin Ermənistanın Aİ-yə üzv olmaq üçün namizəd statusu ala biləcəyi ilə bağlı qətnaməsini alqışlayır və Avropa strukturları ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Dünən Avropa Parlamenti Ermənistanın Avropa İttifaqı ilə daha sıx əlaqələrinə dair qətnamə qəbul edib. Bu, ona görədir ki, Ermənistan Aİ-yə üzv olmağa namizəd olarsa, Avropa Parlamenti bu prosesi asanlaşdırmalıdır”.
Paşinyan həmçinin “Ermənistan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirmək üçün siyasi iradəsini” açıqlayıb.