Türkiyənin “Atmaca” (“Şahin”) raketi uğurla sınaqdan keçib.
Publika.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının nəzdindəki Müdafiə Sənayesi İdarəsi yerli mühərrikli yüksək dəqiqliyə malik raketin uğurla sınaqdan keçirildiyini elan edib.
TJ-3200 turbojet mühərriki ilə təchiz edilmiş raket hədəfi dəqiqliklə vura bilib.
“Türkiyənin hərbi-sənaye kompleksi idxal asılılığından tamamilə imtina etmək məqsədinə yaxınlaşır. Bütün bunlar döyüş meydanında qaydaların dəyişməsinə səbəb olacaq”, - deyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün bildirib.
Qeyd edək ki, “Roketsan” şirkətinin mütəxəssisləri tərəfindən yaradılan yüksək dəqiqlikli “Atmaca” anti-gəmi raketi 220 km məsafədə hədəfi vura bilir.