04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Flora Kərimovadan Afətə sərt sözlər: "Qapısında yatsan da xeyri olmayacaq!"

31 may 2024 18:00
GÜNDƏM
ads

Xalq artisti Flora Kərimova ilə məhkəmə çəkişməsində olan Afət Fərmanqızı iyunun 3-də hakim qarşısına çıxacaq.

Publika.az xəbər verir ki, bu barədə Flora Kərimova sosial şəbəkədə məlumat yayılıb. O, A.Fərmanqızının hava limanında saxlanılması ilə bağlı protokolu sosial şəbəkədə paylaşaraq bunları qeyd edib:

"Tutlub, təhvil verildi. Bu da belə! Mənəviyyatı dayaz olanın vicdanının cəzası olmur. Onların cəzası tanrıları olan maddiyyatdır.

Afət, təkziblərin nə qanunlardan, nə də polis və məhkəmə sənədlərindən üstün deyil. İyunun 3-ü saat 16:30-da gələrsən Binəqədi Rayon Məhkəməsinə və hakim qarşısında izahat verərsən. Çəkisini bilmədiyin sözü ağzından çıxanda düşünməli idin, nə deyirsən və kimə deyirsən. İndidən belə Ali Məhkəmə sədrinə müraciət etməyib, nazirliyin qapısında yatsan da xeyri olmayacaq. Əxlaqın qədəri ilə törətdiyin cinayətin prosesual qaydalarından səni heç kim xilas edə bilməyəcək. Gələcəyini düşünürsənsə, toylarını oxu, başını dolandır. Sual olunsa belə, mənim adımı ağlından keçirmə. Və birdə kiçiklərini instaqramda, TikTok-da qapına bağla, sənin əl-ayağına dolaşmasınlar. Qanunla hər kəlimənin hesabını məhkəmə qarşısında verəcəksən. Layiq olmadığın mərhəməti isə məndən gözləmə".

Qeyd edək ki, Afət Fərmanqızı mayın 27-də Moskvadan Bakıya qayıdarkən hava limanında saxlanılıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur