Macarıstanın xarici işlər naziri Peter Szijyarto Ukraynadakı münaqişəyə son qoymağın yolunu açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə Avstriyanın “Exxpress” portalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, bu, Kiyevə silah verməkdən imtina etmək olardı.
Nazir vurğulayıb ki, qarşıdurma uzandıqca, daha çox silah ötürülür və qurbanların sayı artır.
Sijarto qeyd edib ki, Ukrayna ərazi və humanitar itkilər verib, dövlətin suverenliyini və bütövlüyünü qorumaq yalnız danışıqlar yolu ilə mümkündür.
"Müharibə dünən başa çatmalı idi", - Macarıstan XİN rəhbəri deyib.
Hüseyn İbadlı